KRİMİNAL 2020.02.14 11:58

Azərbaycanda qızının xəstə olduğunu öyrənən ana intihar etdi

34

Ağstafa rayonunda qızının xəstə olduğunu bilən ana intihar edib.
Dialoq.info report-a istinadən bildirir ki, hadisə Zəlimxan kəndində baş verib.

Həmin kəndin sakini, 77 yaşlı Gülşən Əliyeva özünü həyətindəki yardımçı tikilidə asıb.
Ahıl qadının intiharına səbəb isə qızının səhhətində yaranan problemlər olub. O, övladının boğazında şiş olmasını eşidib. Bundan sonra qadın depressiyaya düşərək intihar edib.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı