Azərbaycanda sosial şəbəkələrdə #Muharibeisteyirem haştaqı ilə kampaniya başladı

Məlum olduğu kimi Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa gələrək separatçı rejimin rəhbərilə birgə hökumət üzvlərinin toplantısını keçirib. Paşinyanın səfəri, etdiyi çıxış, səsləndirdiyi bəyanatlar Azərbaycan ictimaiyyətinin kəskin etirazına səbəb olub. Xüsusilə Paşinyanın tək İlham Əliyevlə yox, sülhsevər Azərbaycan xalqıyla da danışmaq istəməsilə bağlı bəyanatı diqqəti cəlb edib. İşğalçı ölkənin baş nazirinin bu müraciətinə cavab özünü çox gözlətməyib. Azərbaycan ictimaiyyəti, ziyalılar sosial şəbəkədə müharibə istəyirəm haştaqı ilə aksiya başlayaraq ona cavab veriblər. Siz də bu haştaqı sosial şəbəkədə paylaşaraq aksiyaya dəstək ola, ölkəmizdə müharibə əhval-ruhiyyəsinin yayılmasına, vətənpərvərliyin təbliğinə dəstək ola bilərsiniz.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here