RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.08.10 17:18

Azərbaycanda üçüncü zəlzələ

105

Gürcüstan-Azərbaycan sərhədinin 30 kilometrliyində – Azərbaycan ərazisində 5,1 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu məlumatı Gürcüstan Seysmik Monitorinq Milli Mərkəzi yayıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi də açıqlamasında zəlzələnin episentrdə 5 bal, ətraf rayonlarda 4-3 bala qədər hiss olunduğunu bildirib.

Qeyd olunub ki, yeraltı təkanlar yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 17 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ Tiflisdə də hiss olunub. Yeraltı təkanların episentiri 10 kilometr dərinlikdə yerləşib.


AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Zaqatalada baş verən zəlzələ barədə növbəti məlumat yayıb.

Məlumatda zəlzələnin episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunduğu bildirilib.


Zaqatalada ikinci zəlzələ olub.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) APA-ya verilən xəbərə görə, ilkin məlumatlara əsasən yerli vatla saat 14:00-da Zaqatala stansiyasından 14 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.


Zaqatalada üçüncü zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Axar.az-a bildirilib ki, Zaqatala seysmoloji stansiyasından 14 kilometr cənub-qərbdə Zaqatala ərazisində maqnitudası 3.7 olan zəlzələ baş verib.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 15:22-də qeydə alınıb.

Ocağı 7 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bal, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı