“Azərbaycandakı Beynəlxalq Təşkilatların fəaliyyətində Sosial İşçilərin rolu” seminarı (ödənişsiz)

Sosial İş İctimai Birliyi bu tədris ilində də ötən illərdə olduğu kimi maarifləndirici seminarları Sizlərə təqdim edir.

Bu dəfəki seminarımız Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Təşkilatlar, onların missiyasi, ölkədəki fəaliyyəti, təqdim etdiyi sosial xidmət və proqramlar, o cümlədən həmin xidmət və proqramların həyata keçirilməsində sosial işçilərin roluna həsr olunmuşdur.

Bu seminarda qonaq qismində İngiltərənin Oksfam (Oxfam) Təşkilatının Azərbaycan ofisinin İnsan Resursları üzrə meneceri və ofis rəhbəri Gülnarə İsmayılova və Azərbaycana Birgə Yardım (UAFA) Təşkilatının layihə meneceri Yelena İsrafilova iştirak edəcəkləri.

Seminar 14 noyabr, 2014-cü il, saat 17:30-da Azərbaycan Turizm İnstitutunun 2-ci korpusunda keçiriləcəkdir.

Seminarda iştirak ödənişsizdir.

Ünvan: 8-ci mikrorayon, Cəfər Xəndan küç,17, Bakı, Azərbaycan

Əlavə məlumat üçün +994553613506 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.