Azərbaycanın Birinci vitse-prezidentinin daha iki köməkçisi təyin edilib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın daha iki köməkçisi təyin edilib.

Prezident Administrasiyasının saytı məlumat verir ki, Emin Hüseynov və Xalid Əhədov Birinci vitse-prezidentin köməkçisi təyin ediliblər.

Bununla da Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı 6-ya çatıb.

Qeyd edək ki, Birinci vitse-prezidentin digər 4 köməkçisi Anar Ələkbərov, Yusuf Məmmədəliyev, Elçin Əmirbəyov və Gündüz Kərimovdur.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here