Azərbaycanın mövqeyi dəyişmədi – UEFA reytinqi

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunun ilk oyun günündən sonra UEFA reytinqi açıqlanıb.

Dünən keçirilən matçlardan sonra Azərbaycanın mövqeyində dəyişiklik olmayıb. “Roma” ilə səfər oyununda 0:1 hesabı ilə uduzan “Qarabağ” ölkəmizin xal ehtiyatını artıra bilməyib. 23-cü pillədə qərarlaşan Azərbaycanın 19.125 xalı var.

Qeyd edək ki, ölkəmizdən 1 pillə irəlidə olan İsveçin 19.225 xalı var.

Qol.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here