Azərbaycanın qadın cüdoçusu dünya çempionatına qələbə ilə başlayıb

Bakıda start götürən cüdo üzrə dünya çempionatında Azərbaycanın ilk təmsilçisi tatami üzərinə çıxıb.

48 kq çəki dərəcəsində çıxış edən Aişə Qurbanlı 1/32 finalda hollandiyalı Amber Gersyeslə üz-üzə gəlib. Görüş Qurbanlının qələbəsi ilə yekunlaşıb. O, rəqibini cərimə xalları hesabına üstələyib.

Qurbanlının 1/16 finaldakı rəqibi avstraliyalı Karolin Heyn olacaq.

“Report”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here