Azərbaycanın turizm potensialı təbliğ olunur

Özbəkistanın Səmərqənd şəhərində MDB-yə üzv dövlətlərin Turizm Şurasının növbəti iclası çərçivəsində turizm yarmarkası keçirilib. Dövlət Turizm Agentliyindən bildirilib ki, tədbirlərdə ölkəmizi Azərbaycan Dövlət Turizm Agentliyi və turizm sənayesinin nümayəndələri təmsil edib.

Qeyd edilib ki, Azərbaycanın turizm imkanlarının MDB məkanında təbliği məqsədilə yarmarkada iştirak edən qonaqlara ölkə haqqında dolğun informasiya verilib, onlara çap-təbliğat materialları paylanılıb.

Yarmarkada Azərbaycan da daxil olmaqla, ümumilikdə 9 ölkə nümayəndəsi iştirak edib. Yarmarka zamanı Azərbaycanı təmsil edən turizm şirkətləri iştirakçılarla ikitərəfli görüşlər keçirib, gələcəkdə baş tuta biləcək əməkdaşlıq imkanları barədə geniş müzakirələr aparıblar.

İştirakçılar Azərbaycanın turizm potensialı və yerli turizm marşrutları haqqında ətraflı məlumatlandırılıblar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here