RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Azərbaycanın xarici ticarət dövriyyəsinin 39%-i Aİ ölkələrinin payına düşür

59
Bu ilin yanvar-may aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 166 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 96 ölkəyə məhsul ixrac olunmuş, 159 ölkədən idxal olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 8882,1 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 6065,2 mln. dollar, idxalın dəyəri 2816,9 mln. dollar təşkil edib, nəticədə 3248,3 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6,5% artıb, real ifadədə isə 15,8%, o cümlədən ixrac 7,9%, idxal 27,6% azalıb.
Ticarət dövriyyəsinin 38,9%-i Avropa İttifaqı ölkələri, 13%-i MDB üzvü dövlətləri, 48,1%-i isə dünyanın digər ölkələrinin payına düşüb.
 İxracın dəyərinin 21,2%-i İtaliyaya, 13,3%-i Türkiyəyə, 4,7%-i Portuqaliyaya, hər biri 4,6% olmaqla Gürcüstan və Kanadaya, 4,5%-i Rusiyaya, 4,4%-i Almaniyaya, 4,2%-i Çinə, 4%-i İsrailə, 3,9%-i Hindistana, hər biri 3,8% olmaqla Tayvan (Çinin əyaləti) və Çexiyaya, qalan 23%-i isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.
İdxal olunmuş məhsulların dəyərinin 19,3%-i Rusiyanın, 16,8%-i Türkiyənin, 9,7%-i Çinin, 5,1%-i Almaniyanın, 4,8%-i Ukraynanın, 4,2%-i ABŞ-ın, 4%-i İtaliyanın, 3,4%-i Birləşmiş Krallığın, 3,1%-i İranın, 2,1%-i Qazaxıstanın, 2%-i Fransanın, 25,5%-i isə digər ölkələrin payına düşüb.
Bu ilin yanvar-may aylarında 556,6 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-may aylarına nisbətən faktiki qiymətlərlə 22,1%, real ifadədə isə 19,8% çoxdur.
Bu ilin yanvar-may aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 68,6%, təzə meyvə – 67,5%, kartof – 25,9%, tütün – 48,6%, bitki yağları – 21,1%, çay – 52,2%, meyvə və tərəvəz şirələri – 90,6%, təbii üzüm şərabları və üzüm suslosu – 15,2%, meyvə və tərəvəz konservləri – 5,7%, pambıq lifi – 6,2 dəfə, bentonit gili – 3,8 dəfə artıb, şəkər ixracı isə 7%, marqarin, qida üçün yararlı digər qarışıqlar – 25,6%, polietilen – 0,6%, emal olunmamış alüminium – 31,2%, qara metallardan borular – 14,9%, qara metallardan yarımfabrikatlar – 64,5%, pambıq ipliyi – 30,1% azalıb.
2016-cı ilin yanvar-may ayları ilə müqayisədə 2017-ci ilin yanvar-may aylarında xam şəkər və şəkər idxalı 1,6%, təzə meyvə – 14,1%, çay – 5,1%, quş əti və onun əlavə məhsulları – 2,4 dəfə, mal əti – 2,6 dəfə, minik avtomobilləri – 15,5%, polad prokatı – 5,6%, hesablama maşınları, blok və qurğuları – 2,1 dəfə, mebel – 17,3%, qara metallardan çubuqlar – 28,4%, rezin şinlər –61,2%, mineral gübrələr – 5,4 dəfə, qara metallardan künclüklər ­– 35,1%, məişət kondisionerləri – 49,2%, paltaryuyan maşınlar – 2,2 dəfə, yük avtomobilləri – 70,1%, avtobuslar – 9,4% artıb, buğda idxalı isə 38,4%, bitki yağları – 26,7%, kərə yağı, digər süd yağları və pastaları – 5,7%, kartof – 6,4%, təzə tərəvəz – 43,3%, qara metallardan borular – 67,5%, polietilen – 31,1%, sement və sement klinkerləri – 91,5%, məişət soyuducuları – 44,5% azalıb.
“APA-Economics”
Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı