“Azərbaycanla mövqeyimiz eynidir” – Binəli Yıldırım

Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə ən yüksək səviyyədədir. İstər ikitərəfli əlaqələrdə, istərsə də regional məsələlərdə mövqeyimiz eynidir.
Bu fikirləri jurnalistlərə müsahibəsində Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım deyib.

Hər iki dövlətin yeni vəzifəyə başlayan rəsmilərinin ilk səfərlərini qardaş ölkəyə etdiyini vurğulayan Binəli Yıldırım deyib: “Bu, ölkələrimiz arasında formalaşan gözəl ənənədir. Biz də bu ənənəni davam etdiririk. Türkiyə Böyük Millət Məclisinin yeni sədri olaraq ilk səfərlərimdən birini dost və qardaş Azərbaycana etmişəm”.

Türkiyə Böyük Millət Məclisinin sədri səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirdiyini, səmərəli müzakirələr apardığını qeyd edib. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan parlament sədri ölkələrimiz arasında ticarət əlaqələrinin və qarşılıqlı sərmayə qoyuluşunun genişləndiyini, strateji layihələrin davamlı olaraq həyata keçirildiyini, bütün istiqamətlərdə əlaqələrimizin gündən-günə daha da inkişaf etdiyini vurğulayıb.

AzərTAc

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here