Azərbaycanlı alim Özbəkistanın “Turan” Elmlər Akademiyasının həqiqi üzvü seçilib

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Teymur Əhmədov Özbəkistan Respublikası “Turan” Elmlər Akademiyasının akademiki seçilib.

Bu münasibətlə “Azərbaycan” nəşriyyatının iclas zalında keçirilən tədbirdə “Turan” Elmlər Akademiyasının rəyasət heyətinin üzvü, akademik Səxavət Ociyev akademiyanın həqiqi üzvünün diplomunu və döş nişanını alimə təqdim edib.

S.Ociyev bildirib ki, “Turan” Elmlər Akademiyasının Rəyasət heyətinin üzvləri professor T.Əhmədovun elmi fəaliyyətini və mətbuat sahəsində xidmətlərini yüksək qiymətləndirirlər. Görkəmli ədiblər Nəriman Nərimanov, Mirzə İbrahimov, Mir Cəlal, Məmmədhüseyn Şəhriyar, Səməd Vurğun və başqalarının yaradıcılığı ilə bağlı apardığı tədqiqatlar alimə Azərbaycanın hüdudlarından kənarda da dərin rəğbət hissi qazandırıb.

T.Əhmədov ona göstərilən etimada görə “Turan” Elmlər Akademiyası rəyasət heyətinin üzvlərinə minnətdarlığını bildirib, Azərbaycan və özbək alimlərinin elmi əlaqələrinin əhəmiyyətindən danışıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here