Azərbaycanlı çoban Milli Konservatoriyaya qəbul olunmasından danışdı

“9-cu sinifdə oxuyanda səsim olduğunu kəşf etdilər”. Bu barədə sosial şəbəkələrdə çobanlıq edərkən ifa etdiyi mahnılardan sonra məşhurlaşan Pərvin Səfərov deyib.
““O səs Türkiyə” yarışmasında uğurlu çıxışları ilə yaddaşlarda qalan istedadlı ifaçı bildirib ki, bir gün məşhurlaşacağı, hətta musiqi təhsili alacağı ağlına belə gəlməyib: “Özümü dərk edəndən təsərrüfat işləri ilə məşğul olmuşam, bununla yanaşı məktəbə də getmişəm: Tam şəkildə musiqi ilə məşğul olmamışam. Bu sahədə təhsilim yoxdur. Musiqiyə çox bağlıyam. Bizim xalq və bəstəkar mahnılarını çox sevirəm. Həmişə istəyirəm bu musiqiləri təbliğ edim” — deyə o bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə çobanlıq edərkən ifa etdiyi mahnılardan sonra məşhurlaşan Pərvin Səfərov tələbə adını qazanıb.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here