Azərbaycanlı ifaçı Səid Rəsulov birinci yerə layiq görülmüşdür

Bolqarıstanın Stara Zaqora şəhərində keçirilən “Gənc truba ifaçıları üzrə IX beynəlxalq müsabiqəsi”ndə azərbaycanlı ifaçı Səid Rəsulov (müəllim – Vladislav Kuznetsov konsertmeyster – Viktoriya Zülfüqarzadə) birinci yerə layiq görülmüşdür.

Rəsulov Səid Fərhad oğlu 17 may 2004-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2010-cu ildə Leopold və Mstislav Rostropoviçlər adına 21 saylı Musiqi Məktəbinin truba ixtisası üzrə birinci sinfinə daxil olmuşdur. 13 yaşlı istedadlı musiqiçi ölkəmizdə və onun hüdudlarından kənarda keçirilən bir çox müsabiqələrdə laureat adını qazanmışdır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş II Respublika müsabiqəsində I yer, V Beynəlxalq Gələcək Ulduzlar müsabiqəsində III yer, Estoniyanın Narva şəhərində keçirilən Gənc truba ifaçıları üzrə beynəlxalq müsabiqədə I yerə layiq görülmüşdür.

Qeyd edək ki, Bolqarıstanda 1995-ci ildən keçirilməyə başlayan “Gənc truba ifaçıları üzrə IX beynəlxalq müsabiqədə” ABŞ, Rusiya, Belarus, Bolqariya, Almaniya, Malta, Makedoniya, Macarıstan, Moldova, Rumıniya, Serbiya, Çexiya, Azərbaycan, Türkiyə, Ukrayna, Ermənistan və Xorvatiyadan ifaçılar iştirak edirlər. Müsabiqənin bədii rəhbəri Penço Pençevdir. Münsiflər heyəti tərkibinə isə Kanada truba ifaçısı Ronald Romm, Rusiya Böyük Teatrının solisti Andrey İkov, Polşa truba məktəbinin banisi İqor Cexoxo və başqaları daxildir. İki ildən bir keçirilən müsabiqə çox sürətlə inkişaf edirək, beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Azərbaycan ilk dəfə müsabiqədə 2009-cu ildə iştirak etmiş və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü İsrafil Rəsulov (və ardınca 2011 və 2013-cü illərdə) Qran-Pri mükafatına layiq görülmüşdür.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here