RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Azərbaycanlı MMA idmançısı növbəti döyüşünə çıxacaq

27

Azərbaycanlı MMA (qarışıq döyüş növləri üzrə) idmançısı “TT Fight” klubunun üzvü Nəriman Abbasov növbəti döyüşünə çıxacaq.

AZƏRTAC xəbər verir ki, aprelin 26-da Moskvada “Fight Nights Global 93” döyüş proqramı çərçivəsində keçirilən turnirdə 70 kq çəki dərəcəsində Abbasov qazaxıstanlı Kuat Xamitovla döyüş keçirəcək. Moskvanın “Mıtişi” arenasında təşkil ediləcək döyüşün qalibi turnirin çempion kəmərini qazanacaq.

Qeyd edək ki, Nəriman peşəkar MMA-da keçirdiyi 26 görüşdən yalnız üçündə məğlub olub. O, son səkkiz döyüşdə qələbə qazanıb. İdmançımızın rəqibi 31 yaşlı qazaxıstanlı döyüşçü Kuat Xamitov karyerası ərzində 25 döyüş keçirib, onlardan altısında məğlub olub, 1-i heç-heçə başa çatıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı