Azərbaycanlı üzgüçü dünya çempionu oldu

Qətərin paytaxtı Dohada üzgüçülük üzrə dünya kubokunun ikinci mərhələsinin ikinci günündə Azərbaycan idmançısı Maksim Şemberev kişilər arasında 200 metr məsafəyə batterflay üsulu ilə yarışda qalib olub.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Maksim Şemberev yüksək göstərici ilə qızıl medal qazanıb.

200 metr məsafəyə batterflay üsulu ilə yarışda ikinci yerə Macarıstan idmançısı David Verrasto, 3-cü yerə isə Çin komandasının idmançısı Yuhanq Vu çıxıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here