RƏSMİ 2019.12.13 13:41

Azərbaycanlılar kimliklə bu ölkələrə gedə bilər

51

Ukrayna, Gürcüstan, Azərbaycan və Moldovanı təkcə ümumi tarix yox, həm də gələcəyimizin ortaq inkişaf görünüşü bağlayır.

Bunu GUAM baş nazirlərinin görüşündə çıxışı zamanı Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Bizi regionda təhlükəsizlik və stabillik, investisiya artımı, iqtisadi və infrastruktur inkişafı və xalqlarımız arasında mədəni mübadilə istəkləri birləşdirir. Çoxtərəfli dialoqun böyük potensialı var”, – deyə o bildirib.

Görüşdə iştirakçılar təşkilat üzvlərinin suverenliyi, ərazi bütövlüyünə dəstəyin dəyişməz qaldığını bəyan ediblər. Bununla bərabər iqtisadi və infrastruktur layihələri müzakirə olunub, perspektivli nəqliyyat marşrutlarının hazırlanmasının vacibliyi qeyd edilib.

Zelenski görüş zamanı GUAM üzvləri arasında, xüsusilə, şəxsiyyət vəsiqələri formatında daxili pasportlardan istifadə etməklə sadələşdirilmiş sərhəd-keçid prosedurlarının tətbiqi prosesinin davam etdirilməsini təklif edib.

Qeyd edək ki, görüşdə Azərbaycanı Baş nazirin müavini Əli Əhmədov təmsil edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı