“Azərmarka” şirkəti MEK-ə poçt markalarını təqdim edib

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) “Azərmarka” şirkəti tərəfindən poçt markaları hədiyyə edilib. Markalarda dövlət quruculuğuna və dövlət hakimiyyəti atributlarına, görkəmli xadimlərə, idman oyunlarına, flora və faunaya, kosmosa, memarlığa, tarixi abidələrə, milli kulinariyamıza, ölkəmizin tarixinə və beynəlxalq əməkdaşlığa dair zəngin təsvirlər əks olunub.
Təqdim edilmiş markaların tematikasında  Azərbaycanın görkəmli şəxsiyyətləri xüsusi yer tutur. Bu mövzuda ümummilli lider Heydər Əliyevə həsr olunmuş 12 marka, 9 poçt markası bloku mövcuddur. Poçt markaları vasitəsilə “20 Yanvar” və “Xocalı” soyqırımı faciələri, həmçinin Qarabağın şəhərləri, onun flora və faunası haqqında dünya ictimaiyyətinə məlumatlar çatdırılır.
Qeyd edək ki, 1992-ci ildən bu günə kimi  “Azərmarka” tərəfindən 100 mövzuda 563 orijinal süjetli poçt markası hazırlanaraq çap olunub. Görkəmli şəxsiyyətlərə, arxitekturaya, flora və faunaya, milli mövzuya, nəqliyyata, idmana, kosmosa və digər mövzulara aid 145 milyon 600 mindən artıq tirajla poçt markası çap olunaraq dövriyyəyə buraxılıb.
Poçt markaları MEK-ə şirkətin prezidenti İntiqam  Bağırlı tərəfindən təqdim edilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here