Azay Quliyev ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbərinin müavini ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbərinin Avropa və Asiya üzrə müavini Marqo Ellis, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin missiya rəhbəri Mikaela Meredit və ABŞ səfirliyinin siyasi işlər üzrə müavini Devid Börnstiyni ilə görüşüb.
Azərbaycanın vətəndaş cəmiyyəti inistitutları ilə əməkdaşlıqda maraqlı olduğunu bildirən M.Ellis QHT sektorunun mövcud vəziyyəti və digər məsələlər barədə fikirlərini ifadə edib.
Azay Quliyev görüşdə ABŞ və Azərbaycan vətəndaş cəmiyyəti institutları arasında dialoqun təşkili, QHT-lərin qarşısında dayanan vəzifələr, inkişaf prioritetləri, eləcə də iki ölkə arasında əməkdaşlığın gələcək perspektivləri barədə fikirlərini bölüşüb.