Azay Quliyev Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovla görüşüb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovla görüşüb.  Görüşdə Şuranın fəaliyyət istiqamətləri haqqında fikir mübadiləsi aparılıb. Azay Quliyev bildirib ki, Şuranın 2019-cu ildən etibarən 13 yeni elektron xidməti fəaliyyətə başlayacaq. Bu Şuranın fəaliyyətində şəffaflığın və hesabatlılığın daha da artırılması, həmçinin çevikliyin və operativliyin təmin olunmasına istiqamətlənib.  Azay Quliyev bildirib ki, 2013-cü ildə Şura ilə Rusiya Federasiyasının İctimai Palatası arasında “Birgə Fəaliyyət və əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Sənəd 4 il müddətində Azərbaycan və Rusiya QHT-lərinin müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlığını nəzərdə tuturdu. Hazırda Şura ilə İctimai Palata arasında iki ölkənin ictimai həyatı üçün aktual olan məsələlərin əksini tapacağı, QHT-lər arasında əməkdaşlığın inkişafını nəzərdə tutan yeni Memorandumun imzalanması məqsədilə danışıqlar aparılır. Görüşdə Azərbaycan və Rusiya vətəndaş cəmiyyətləri arasında dostluğun və əməkdaşlığın dərinləşdirilməsinə məqsədilə iki ölkə QHT-lərinin beynəlxalq Forumunun keçirilməsinə dair müzakirələr aparılıb.  Azay Quliyev Şura ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında “(Qeyri-Hökumət Təşkilatlarına dair) Birgə Fəaliyyət və Əməkdaşlıq Haqqında” Anlaşma Memorandumunun imzalandığını deyərək, ölkələrin ictimai əlaqələrinin daha da gücləndirilməsi məqsədi ilə əməkdaşlığın üç tərəfli olması (Azərbaycan- Rusiya- Türkiyə) təşəbbüsü ilə çıxış edib.  Səfir Mixail Boçarnikov Rusiya və Azərbaycan QHT-lərinin əməkdaşlığının hər iki ölkə üçün faydalı olduğunu vurğulayaraq Şura və İctimai Palata arasında yeni Memorandumun imzalanmasının vacib olduğunu deyib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here