Azay Quliyev Türkiyə parlamentinin vitse-spikeri və Türkiyə Daxili İşlər nazirinin müavini ilə görüşüb

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Ankarada Türkiyə parlamentinin vitse-spikeri Sürəyya Sadi Bilgiçlə görüşüb.  Görüşdə ATƏT PA -Türkiyə əlaqələri, regional təhlükəsizlik və əməkdaşlıq məsələlərində birgə fəaliyyət, Azərbaycan Türkiyə parlamentlərinin beynəlxalq miqyasda irəli sürdükləri təşəbbüslər müzakirə edilib. Azay Quliyev, həmçinin Türkiyə Daxili İşlər nazirinin müavini Mehmet Ərsoyla da görüşüb. Görüşdə Azərbaycan Türkiyə QHT-lərinin əməkdaşlıq platformasının yaradılması haqqında razılıq əldə edilib.  Deputat Azay Quliyev bu qərarın hər iki qardaş ölkənin milli maraqlarına və əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəyinə əmin olduğunu bildirib.  Qeyd edək ki, görüşlər barədə məlumat Azay Quliyevin tvitter hesabında paylaşılıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here