AzeCON 3 – Yay mövsümü!

Tarix: 23 Avqust saat 12:00
Yer: İTC Plaza(Atrium Hall) – 125 Heydər Əliyev pr.
AzeCON! – Azerbaycan Cosplay Convention!

Biletləri əldə edə bilərsiz:

Əlaqə nömrəsi: +994558171239

AzeCON Anime Conventionı təkcə cosplay edənlərə yox, həm də cosplayerlərlə vaxt keçirmək istəyən, anime-manqa sevən, Yaponiya ilə maraqlanan və ya maraqlanmaq istəyən, Yaponiya, anime-manqa ilə bağlı hansısa məhsullar əldə etmək istəyən hamıya açıqdır!

Əziz AzeConçular, Con-da Cosplay çərçivəsində iki növ tədbir nəzərdə tutulub: 1) Cosplay müsabiqəsi: bura qatılan iştirakçılar öz geyimi və səhnəciyi ilə rəqabət aparacaq, təşkilat komitəsindən olan münsiflər heyəti tərəfindən 10 ballıq sistemlə, geyimin reallığa uyğunluğu və səhnəciyin keyfiyyətinə görə iki kriteriyada qiymətləndiriləcəkdir. 23 avqustdaki Cosplay Yarışmamızda 2 nominasiya var. İndividual və Komanda.
1.Individual Cosplay Yarışması: 1ci, 2ci və 3cü yerlər seçiləcək. İndividual cosplayerların səhnəsi komanda səhnəsi ilə ayrı olacaq. Səhnəcik minimum 30 saniyə olmalıdır. Səhnədə sizə kömək edəcək maksimum 2 nəfər ola bilər.
2.Komanda Cosplay Yarışması: 1ci, 2ci və 3cü yerlər seçiləcək. İndiual cosplayerların səhnəsi Komanda səhnəsi ilə ayrı olacaq. Səhnəcik minimum 30 saniyə olmalıdır. Komandada maksimum 10 nəfər cosplayer ola bilər.
******DİQQƏT! Bir cosplayer həm komanda həm də individual yarışmada iştirak edə bilər.
Mükafatların siyhası AzeCona yaxın elan ediləcəkdir. 2) Cosplay Şou: əgər müsabiqəyə qatılmaq istəmirsinizsə, problem deyil, yenə də kostyumunuzla Con zonasında dolaşa, foto çəkdirə, əylənə bilərsiniz. Cosplay müsabiqəsi iştirakçıları nə etməli və səhnə qaydaları: – – Bütün iştirakçıların geyimi və davranışı çılpaqlıq, şiddət, seksual xarakter daşımamalı və heç bir spirtli içki və ya narkotik vasitələrə istinad etməməlidir; – Bütün səhnəciklərin məzmunu e-maillə təşkilat komitəsinə göndərilməlidir. Yalnız nəzarətdən keçmiş səhnəciklərin qurulmasına icazə olacaqdır. – Səhnədə toz, maye, qida və bu kimi məhsul püskürən silahlara icazə yoxdur. Səhnəyə gətirilən hər silah və ya alət səhnə bitdikdən sonra geri aparılmalıdır. – İştirakçılar vaxtında sıraya düzülməlidir.
Cosplay müsabiqəsində iştirak etmək istəyən hər bir iştirakçıdan əvvəlcədən qeydiyyatdan keçmək xahiş olunur. QEYDİYYAT AVQUSTUN 16-SINA kimi davam edəcəkdir, gecikən nominasiyalar qəbul edilməyəcəkdir. İştirak etmək istəyən hər kəs aşağıdakı məlumatı doldurub [email protected] e-mail ünvanına göndərsin: Cosplayerin və ya cosplay qrupunun adı: Cosplayerin və ya cosplay qrupununun canlandırdığı personaj və animenin adı: Səhnəciyin adı: Səhnəciyin müddəti (30 saniyədən az olmamaqla): Səhnəciyin təsviri (mövzu nədir?)

10457916_927162850673959_7246281582549567476_n 11755759_476818642474975_207760867786967515_n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here