Azərbaycan Gənc Alimlərinin birinci Qurultayı təşkil ediləcək

Cari ilin oktyabrında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Gənc Alimlərin I Qurultayı keçiriləcək.

Bu barədə qərar AMEA-nın rəyasət heyətinin fevralın 15-də keçirilmiş iclasında qəbul edilib.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasına, elm və təhsil idarəsinə Təhsil Nazirliyinin müvafiq qurumları ilə birgə bir ay müddətində tədbirlər planının hazırlanaraq akademiyanın rəyasət heyətinə təqdim edilməsi tapşırılıb.

İclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, ölkəmizdə gənclər siyasətinin inkişaf etdirilməsi, gənc nəslin elmə cəlb olunması və yaradıcılıq potensialının artırılması, həmçinin gənc alimlərin elmi fəaliyyəti ilə bağlı problemlərin həlli vacib məsələlərdəndir.