Azərbaycan dili fənnindən test imtahanı keçirilir.

Bu gün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarına əsasən qəbul imtahanını fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili fənnindən test imtahanı keçirilir.  İmtahan Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə, 4 imtahan mərkəzində aparılır. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanıb.

Qeyd edək ki, abituriyentlərə imtahanda 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. Ali təhsil müəssisələri və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı ilə ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı məzmun baxımından bir-birindən fərqlənir. İmtahanda iştirakı nəzərdə tutulan (9 illik və 11 illik təhsil bazasında) 1359 (264+1095) abituriyentdən 691(99+592) nəfəri oğlan, 668 (165+503) nəfəri qızdır. 976 (238+738) abituriyent orta ümumtəhsil müəssisələrinin builki məzunu, 383 (26+357) nəfər isə əvvəlki illərin məzunlarıdır.

Ümumilikdə, Bakıda 1354, Naxçıvanda 5 abituriyentin imtahan verməsi nəzərdə tutulub. İmtahanın idarə olunması üçün 10 imtahan rəhbəri, 108 nəzarətçi-müəllim ayrılıb.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here