Azərbaycan-Gürcüstan Trans-sərhəd əməkdaşlıq naminə Birgə Fəaliyyət Planının hazırlanması üçün Qazax rayonunda görüş keçirilib

10-11 Sentyabr, 2018-ci il Qərb-Resurs VCİD İB Gürcüstanın CİDA təşkilatı ilə birgə Qazax rayonunda 30 nəfərdən ibarət müxtəlif sahələri təmsil edən Azərbaycan və Gürcüstan nümayəndələrinin iştirakı ilə görüş keçirdi. Görüşdə Qardabani, Saqareco, Qazax və Ağstafa bələdiyyələrin müavinləri, biznes sektorlarının nümayəndələri, QHT-lər və kənd təsərrüfatı üzrə sahibkarlar iştirak edirdilər.

Tədbir zamanı iştirakçılar tərəfindən Gürcüstan və Azərbaycan sərhədyani bölgələr arasında güclü əməkdaşlıq yaratmaq məqsədi ilə Birgə Fəaliyyət Planının hazırlanması üçün ilkin maraqlar, ideyalar, maneələr və onların aradan qaldırılması üçün həlli yolları müzakirə edildi. Birgə Fəaliyyət Planının təqdimatı Gürcüstanda keçirilməyi nəzərdə tutulur.

  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here