“AZƏRBAYCAN MİLLİ KİMLİYİ” kitabı (pdf)

Oxuculara təqdim olunan bu kitabda Azərbaycan milli kimliyinin təhlilinə həsr olunmuş, öz sahəsi üzrə aparıcı mütəxəssislər tərəfindən yazılmış 23 məqalə əksini tapmışdır. Kitab “Müasir İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Dialoq və Әməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun iştirakı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 2014-cü ildə “Milli-Mənəvi Dəyərlər və Milli Kimlik” layihəsi çərçivəsində hazırlanmışdır. Layihənin rəhbəri “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü, kitabın redaktoru fəlsəfə doktoru Aqil Şirinovdur.

Kitabı aşağıdakı linkə klik edərək yükləyə bilərsiz.

https://drive.google.com/file/d/0B1uAyywOdE3sMmRZX1FLeThfM3M/view?usp=sharing