Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir

Sentyabrın 22-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Rusiya Dövlət Duması sədrinin müavini Sergey Neverovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Oqtay Əsədov Azərbaycan ilə Rusiya arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, hər iki ölkənin parlamentləri arasındakı əlaqələrimiz də yüksək səviyyədədir.

Sergey Neverov Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinin adından Azərbaycan parlamentinin yaranmasının 100 illiyi münasibətilə təbriklərini çatdırıb. O, belə bir əlamətdar vaxtda ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edib.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, komitə sədri Əli Hüseynli və digər rəsmi şəxslər iştirak ediblər.

 

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here