RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.10.14 12:41

Azərbaycan Vətəndaş Hərəkatının üzvləri Dərbənd şəhərinə səfər ediblər

370

Azərbaycan Vətəndaş Hərəkatının (AVH) üzvləri Rusiya Federasiyasının Dərbənd şəhərinə səfər ediblər. Səfərdə məqsəd Dərbənd şəhərindəki azərbaycanlılarla, onların təmsil olunduğu təşkilatlarla görüşlər keçimək, buradakı elmi-ictimai-mədəni mühitlə yaxından tanış olmaq və qarşılıqlı faydalı fikir mübadiləsi aparıb, əlaqələr qurmaq olub.

Səfər zamanı ilk olaraq Azərbaycan Vətəndaş Hərəkatının üzvləri – tarix üzrə fəlsəfə doktoru, AMEA Tarix İnstitutunın şöbə müdiri Hacı Həsənov, Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü, araşdırmaçı-jurnalist Anar Turan, AMEA Mexanika və Riyaziyyat İnstitutunun elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov, araşdırmaçı Ceyhun Bayramlı, Birlik.az saytının direktoru Vüsal Hətəmov, “Kaspi” liseyinin müəllimi Tural Abbaslı, iqtisadçı Elmir Mehdiyev Dağıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təmsilçiləri ilə görüşüblər.

Görüşdə Cəmiyyətin sədri Tacəddin Sultanov, İdarə Heyətinin sədri Muradxan Rabadanov, üzvləri – Dünya İqtisadiyyatı İnstitutunun rektoru Sevil Sadıqova, Dağıstanın sabiq iqtisadiyyat naziri Sergey Pepxayev, Dərbənd şəhərinin deputatı Süsən Mirzəxanova, Dərbənd şəhər admnistrasiyasının katibi Zümriyə Salehova, professor Gülçöhrə Seyidova, Dərbənd şəhər kollecinin direktoru Həmzəbəy Sadıqov, Dərbənd şəhərinin sabiq başçısı Hüseynbala Hüseynov ştirak ediblər.

Görüş zamanı tərəflər Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin, Azərbaycan-Rusiya, Azərbaycan-Dağıstan arasındakı münasibətləri, bu münasibətlərin inkişafı üçün ictimai dəstəyin artırılmasının vacib olduğunu bildiriblər. Eyni zamanda görüşdə Azərbaycanla Dağıstan arasındakı elmi-ictimai-mədəni əlaqələrin daha da genişləndirilməsi, Dərbənd şəhərində aktiv fəaliyyət göstərən azərbaycanlılarla münasibətlərin qurulması, onlara gördükləri işlərdə dəstək verilməsi, gələcəkdə Bakıda və Dərbənddə müxtəlif tədbirlərin həyata keçirilməsi də diqqət mərkəzində olub. Həmçinin Ermənistanın işğalçılıq siyasəti, bölgədə destruktiv fəaliyyəti də görüş zamanı diqqət mərkəzində olub.

Daha sonra Azərbaycan Vətəndaş Hərəkatının üzvləri Dağıstan Dövlət Universitetinin Dərbənd filialını ziyarət ediblər.

Filialın elmi katibi Ramis Həşimov Hərəkat üzvlərinə təmsil etdiyi ali məktəbin tarixi, fəaliyyət istiqamətləri, tələbə və müəllim kontingenti, burada təhsil alan azərbaycanlılar, keçirilən elmi konfranslar və s. barədə ətraflı məlumat verib.

Hərəkatın təşəbbüs qrupunun üzvü Hacı Həsənov Azərbaycandakı elm və təhsil məsələləri haqqında fikirlərini çatdırıb. Tərəflər gələcəkdə elm və təhsil istiqamətində əməkdaşlıq etməyi razılaşdırıblar.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı