RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.10.02 18:57

Azərbaycan Vətəndaş Hərəkatının üzvləri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüblər

387

Azərbaycan Vətəndaş Hərəkatının üzvləri Türkiyənin Azərbaycandakı səfiri ‎Erkan Özoralla görüşüblər. Görüşdə Azərbaycan Vətəndaş Hərəkatının üzvləri Arzuman Abdulkərimov, Mübariz Göyüşlü, Hacı Həsənov, Əhməd Qəşəmoğlu, Azər Həsənsoy, Anar Turan, Emin Bağırov, Asim Vəliyev iştirak edib. Görüş zamanı hərəkat nümayəndələri səfirdən Türkiyə prezdenti Rəcəb Tayyib Ərdoğana BMT-nin Baş Assambleyasının 74-cü sessiyasındakı çıxışına görə təşəkkür məktubunu çatdırmağı xahiş ediblər. Qeyd edək ki, Ərdoğan çıxışında Dağlıq Qarabağ problemini, türk dünyasının və islam ailəminin məsələlərini gündəmə gətirmişdi. Bundan başqa görüşdə iki ölkə arasındakı ictimai-mədəni əlaqələrdən, Azərbaycan-Türkiyə münasibətlərinin daha da sıxlaşdırılması üçün ictimai fəallığın vacibliyindən də söz açılıb. Eyni zamanda elm adamları arasında münasibətlərin daha da genişləndirilməsinin önəmli olduğu vurğulanıb, ortaq dəyərləri əhatə edən layihələrin icrası ilə bağlı təkliflər səsləndirilib. Türkiyənin Azərbaycandakı səfiri ‎Erkan Özoral bu addıma görə hərəkat üzvlərinə təşəkkürünü bildirib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı