Azərbaycanda havanın temperaturu iqlim normasından 2-3 dərəcə aşağıdır

Bu günlərdə Azərbaycanda havanın temperaturu iqlim normasından 2-3 dərəcə aşağıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova dialoq info-ya açıqlamasında deyib ki, əvvəldən də xəbər verildiyi kimi, Azərbaycanda bir neçə gündür qeyri-sabit və yağıntılı hava şəraiti davam edir. Yağışlar bəzi yerlərdə intensiv olub, dağlıq və dağətəyi rayonlara sulu qar və qar yağıb. Ölkə ərazisində qeyri-sabit və yağıntılı hava şəraiti oktyabrın 27-dək davam edəcək. Artıq sabahdan əksər bölgələrdən başlayaraq yağıntılar tədricən kəsiləcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here