RESPONSIVE LEADERBOARD AD AREA
ELM VƏ TƏHSİL 2019.10.09 17:16

Azərbaycanda hökuməti sərt tənqid edən rektor kimdir?

354

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov distant təhsillə bağlı təklif verib. Rektorun sözlərinə görə, rəqəmsallaşma ali təhsilimizdə zəif yerlərimizi güclü tərəflərimizə çevirmək üçün real imkanlar yarada bilər: “Məhz bunu nəzərə alaraq, il ərzində 20 min tələbəyə distant təhsil verə biləcək müasir texnologiyalarla təchiz edilmiş UNEC EXTERN yaratmışıq. Təklif edirik ki, ölkəmiz bu prosesə ən qısa vaxt ərzində qoşulsun və ilk olaraq distant təhsil forması əcnəbilərə, təkrar ali təhsilə, yenidənhazırlığa və əlillərin təhsilinə tətbiq edilə bilər”.

Bununla bağlı Hilal təşkilatının sədri, ictimai fəal Arzuman Abdulkərimov facebook sosial şəbəkə hesabında paylaşım edib. Dialoq.info paylaşımı təqdim edir:

“Hörmətli Ədalət müəllim! Çox gözəl təklifdir. Amma bunu etmək üçün ilk öncə məsafəli olmayan (əyani və qiyabi) təhsili qaydasına salın, sonra məsafədən təhsil verərsiniz.

Bu arada, Ədalət müəllimin dissertasiya işində maraqlı məqamlar ortaya çıxıb. Belə ki, Ədalət müəllim həm dissertasiya işində, həm də monoqrafiyasında Azərbaycan hökumətinin ünvanına, hətta radikal müxalifətin belə səsləndirmədiyi fikirlər səsləndirib. Azərbaycanda siyasi qeyri-sabitliyin mövcud olduğunu, iqtisadiyyatın, o cümlədən xarici iqtisadi əlaqələrin idarə edilməsinin elmi nəzəriyyələr əsasında deyil, ənənəvi təcrübəyə əsaslanmaqla həyata keçirildiyini, ölkədə investisiyalar üçün mövcud olan stimul və zəmanətlərin xarici investorların maraqlarını təmin etmədiyini və bu sahədə «oyun qaydalarının» mütəmadi dəyişdirildiyini yazıb.

Nə bilim vallah! Bütün bunlar olduğu halda distant təhsildən danışmaq məncə çox tezdi”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı