Azərbaycanda noyabr ayında 3 bayram, 9 qeyri-iş günü var

Azərbaycanda noyabrın 9-da Dövlət Bayrağı günü qeyd ediləcək.

Bu münasibətlə həmin gün qeyri-iş günü hesab edilir. Noyabrın 9-u həftənin çərşənbə gününə təsadüf edir. Bu səbəbdən əlavə qeyri-iş günü olmayacaq.

Bundan başqa, noyabr ayında 8 gün şənbə-bazara düşdüyündən həmin günlər qeyri-iş günü sayılır.

Qeyd edək ki, noyabrın 12-də Konstitusiya günü, 17-də isə Dirçəliş günü qeyd ediləcək. Həmin günlər isə qeyri-iş günü hesab edilmir.

 

 

report.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here