Azərbaycanın maliyyə naziri Fransanın dövlət katibi ilə görüşüb

Parisdə səfərdə olan Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında iqtisadi məsələlər müzakirə edilib.

Fransanın böyük şirkətlərinin Azərbaycanın təşəbbüskarı və ya iştirakçısı olduğu nəqliyyat, kommunikasiya, enerji layihələri ilə yanaşı, bir çox digər sahələrdə də uğurla fəaliyyət göstərdiyi vurğulanıb.

S.Şərifov Fransada özünü siyasi qaçqın kimi təqdim edərək, oturum hüququ almaq istəyən bəzi şəxslərin Azərbaycan hökumətinə qarşı böhtan və təhqir xarakterli çıxışlarının təəssüf doğurduğunu bildirib.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here