RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Azercell-in Tələbə Təcrübə Proqrammı

932
Məhsul və Xidmətin Test olunması bölümü
Məhsul və Xidmətin Test olunması bölümünün əsas fəaliyyətinə şirkət daxilində yaradılan və ya alınan proqram təminatlarının qəbulu, test işləri daxildir.

  • İş qrafiki: Bazar ertəsi – Cümə günü, saat 09:00-18:00. Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.

Əsas Öhdəliklər:

  • Yeni və ya dəyişilmiş proqram təminatının tələblərə uyğun testdən keçirilməsi və xətaların aşkar edilməsi
  • Yaradılmış və ya alınmış proqram təminatının istismar üçün qəbulu
  • Qəbul edilmiş proqram təminatlarında uyğunsuzluqların aşkar edilməsi

Tələb Olunan Təcrübə, Bilik və Bacarıqlar:

  • Balakavr pilləsinin sonuncu iki kursunda təhsil alan (Kompyuter Mühəndisliyi və Tətbiqi Riyaziyyat ixtisasları üzrə)
  • Hər hansı bir proqramlaşdırma dili üzrə biliklər (Java biliyi üstünlük sayılır)
  • Verilənlər bazası və SQL üzrə fundamental biliklər (Oracle biliyi üstünlük sayılır)
  • Web proqramlaşdırma üzrə bilik və təcrübə üstünlük sayılır
  • Unix/Linux əməliyyat sistemləri üzrə bilik və təcrübə üstünlük sayılır
  • Tənqidi mühakimə bacarığı
  • Dil bilikləri:
    • Azərbaycan dili – əla səviyyədə,
    • Ingilis dili – yüksək səviyyədə

Təcrübəçinin bələdçiləri: Məhsul və Xidmətin Test olunması bölümünün rəhbərliyi.

 

 Qeyd:

Təcrübə 2 ay davam edir (təcili hallarda 3-6 aya kimi uzadıla bilər). Təcrübə proqramı Azercell-in baş ofisində keçəcək.

  • Yalnız Azərbaycan Respublikasının vətəndaşları bu vakansiya üzrə dəyərləndirmədə iştirak edə bilərlər.
  • Əlavə məlumat üçün Azercell-in İşə Qəbul şöbəsi ilə [email protected] e-poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.
  • Nəzərə alın ki, [email protected] ünvanına birbaşa göndərilən CV və müraciət formaları heç bir vakansiya üzrə dəyərləndirilməyəcək! Bu vakansiya üzrə müraciət etmək üçün aşağıdakı “Ərizəni göndər” linkindən istifadə edin.
Ərizəni göndər Ərizəni göndər
Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı