“AZERNEWS” qəzetinin növbəti nəşri çapdan çıxıb

İyulun 13-də “AZERNEWS” onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.

Trend-in məlumatına görə, oxucular qəzetin yeni buraxılışında “Kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün yeni mexanizmlər yaradılacaq”, “Avtomobil idxalı təxminən iki dəfə artıb”, “YARAT-da yeni filmin təqdimatı baş tutub”, “Sığortaçılara üzvlük haqlarının ödənilməsi üçün yeni bir üsul təklif olunur” adlı və digər məqalələrlə tanış ola bilərlər.

“AZERNEWS” Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here