“AzFinance İnvestisiya Şirkəti” İpoteka və Kredit Zəmanət Fonduna investisiya xidmətləri göstərəcək

“AzFinance İnvestisiya Şirkəti” QSC İpoteka və Kredit Zəmanət Fonduna investisiya xidmətləri göstərəcək.

Fonddan AZƏRTAC-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun 2019-cu il üzrə investisiya xidmətlərinin göstərilməsi ilə bağlı xidmətlərin satınalınması üzrə xidmət təkliflərinin cəlb olunması başa çatıb. Tenderin 1-ci lot (Qiymətli kağızlar ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi xidməti) üzrə qalibi “AzFinance İnvestisiya Şirkəti” QSC ilə fevralın 8-də satınalma müqaviləsi imzalanıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here