AzMİU-da Leicester Universiteti tərəfindən Azərbaycan universitetlərinin müəllimləri üçün intensiv kurslar keçirilir

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Böyük Britaniyanın Leicester Universitetinin mütəxəssisi Dagmara Grabas tərəfindən Azərbaycanın aparıcı universitetlərinin müəllimləri üçün intensiv kurslar təşkil olunub.

Trend-in məlumatına görə, kurslara AzMİU-nun müəllim heyəti ilə yanaşı Bakı Mühəndislik Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Aviasiya Akademiyasının müəllimləri, eləcə də Rusiyanın Voronej Dövlət Texniki Universitetindən müəllimlər də qatılıb. Ümumilikdə 34 müəllimin iştirak etdiyi kurslar iki növbədə, gündə 4 saat olmaqla intensiv aparılır. Bu gün kursların artıq 4-cü günüdür.

Müəllimlər üçün nəzərdə tutulan kursların əsas məqsədi isə ingilis dilinin akademik səviyyədə və ixtisas yönümlü tədris olunması, ingilis dili müəllimlərinin metodoloji qabiliyyətlərinin inkişaf etdirilməsi, bu sahədə Böyük Britaniya təcrübəsindən istifadə olunması və yeni metodların tədrisdə tətbiqindən ibarətdir.

Sonda kursları müvəffəqiyyətlə başa vuran müəllimlərə Leicester Universitetinin sertifikatı təqdim olunacaq.

Qeyd edək ki, AzMİU və Leicester Universiteti uzun müddətdir ki, əməkdaşlıq edir və iki universitet birlikdə bir sıra uğurlu layihələrə imza atıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here