AzTU-da “Proqramlaşdırma sahəsində maarifləndirmə aksiyası” layihəsi çərçivəsində maarifləndirici seminar

AzTU-da “Proqramlaşdırma sahəsində maarifləndirmə aksiyası” layihəsi çərçivəsində maarifləndirici seminar

ATGTİ nəzdinə fəaliyyət göstərən Tələbə Problemləri Mərkəzinin Master İTM ilə birlikdə reallaşdırdığı “Proqramılaşdırma sahəsində maarifləndirmə aksiyası” layihəsi çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) maarifləndirici seminar təşkil olunacaq.

AzTU-nun Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə keçirilən seminar 18 noyabr tarixində, saat 12:00-da başlayacaq.

Seminarda fərqlənən 3 iştirakçıya stimullaşdırıcı hədiyyələr, 1 iştirakçıya isə Master İTM tərəfindən 50 manat dəyərində endirim kuponu təqdim olunacaq.

Seminar peşəkar təlimçilər – Abdulkadir Selcukoglu və Yunis Həsənov tərəfindən keçiriləcək.

AzTU-nun tələbələri üçün nəzərdə tutulan seminar 1-ci korpus, 5-ci mərtəbədə yerləşən akt zalında keçiriləcək.

Əlaqə telefonları:
050 7170762 – Atəş Bayramov
070 7150514 – Ülvi Məmmədzadə