Bədən dili

Bədən dili

Yalan söylədikdə bədəninin də bir dili olduğunu unutma…

Yalan-bədənin dili ilə

Bədən dili ilə bir adamın yalan danışdığını anlaya bilmək üçün, əvvəl bu haqda bəzi məlumatları bilmək, sonra çox yaxşı bir müşahidəçi olmaq lazımdır. Ancaq əvvəlcədən vurğulayaq ki, bədən dilini nə qədər yaxşı bilirsiz bilin, ya da nə qədər yaxşı bir müşahidəçi olursuz olun, bunlar heç bir insana sən qətiliklə yalan söyləyirsən demək üçün kafi səbəblər deyil. Ayrıca insanın hərəkətlərinə baxaraq sən yalançısan da demək doğru olmaz. Bu mövzuda adamın hərəkətləri bizlərə yalnız yalan söylədiyi mövzusunda xəbərdarlıq etsə də qəti doğruluğunu göstərmir.

Yalan insanda psixi (ruhi) bir gərginliyə səbəb olur. Çünki insan beyni məntiq ilə çalışır. Bu səbəbdən deyilən şey ilə həyatda var olan şey arasında uyğunsuzluq olduqda, beyin avtomatik olaraq uyğunlaşmazlıq siqnalları göndərməyə başlayır və söylənilən şey ilə beyindən verilən siqnallar arasında fərqliliklər meydana gələr. Bu səbəblə insan ruhi bir gərginlik içinə girir. Ruhi gərginlik(stress)  qarşı tərəfə bir başa insanın bədəninə əks (duyğu-bədən əlaqəsi) və insanın yalan söylədiyini göstərən siqnallar verir. Əgər yaxşı bir nəzarətçi olsanız qarşı tərəfin gərginlik içinə girdiyini dərhal anlaya bilərsiniz.

Bədən hərəkətləri xüsusilə yalan deyildiyi zaman artmağa başlayır...

Yalan söylənən an qan axışı və ürək döyüntülərində artım olur və adam stress altına girir. Stres altında olan bir adamda qan həzm sistemi orqanlarından çəkilərək (mədə, bağırsaq) müdafiə orqanları olan qollara və ayaqlara doğru hərəkət edir. Bu vəziyyətdə yalan söyləyən adamın hərəkətlərində artım yaranır. Yalan söyləyən adam daha çox hərələt edir və ya oturduğu yerdə sağa sola yellənməyə başlayır. Bədən müdafiəyə keçib hərəkətlənməyə başladığı üçün yalan deyən şəxs olduğu yerdə daha çox hərəkət edə bilmək üçün bəhanələr çıxarmağa başlayır.

Yalan deyən insanlar olduqları yerdə oturmamaq üçün yalan dedikdən dərhal sonra (1-2 dəqiqə içərisində) bəhanə çıxararaq (su içmək, tualetə getməkvə s.) qalxar və yer dəyişdirərlər. Yəni yalan deyən şəxsin bədənində həddindən artıq bir hərəkətlilik olur ki, bu harəkətliliklə qarşı tərəfə yalan dediyini göstərmiş olur.

Normal halda əl hərəkətləri insanın danışığı ilə uyğunlaşır..

Ancaq yalan söyləyən şəxsin jestləri ilə danışığı arasında bir uyğunsuzluq olur. Yəni onun bədəni dediklərini təsdiq edəcək şəkildə yox, uyğunsuz və fərqli bir formada hərəkət edir. O, əlləriylə eyni hərəkəti təkrarlamağa başlayır, ya da əllərini tamamilə yox etməyə çalışır, yəni əllərin ouc içləri gizlədilir.. Çünki ovuc içləri (etibarın, doğruluğun, doğrudeyildiyinin göstəricisidir, yalan danışmayan bir adam çox rahat ovuc içlərini qarşı tərəfə göstərər) mən doğrunu deyirəm, mənə güvən deyərkən beyin deyilən şeyin yalan olduğunu bildiyi üçün avtomatik olaraq ovuc içlərini gizləmək əmri verər.

Yalan danışdıqda burnun uzanır..

Burun yalanla uyğunlaşdırılmış bir orqandır, Pinokyonun yalan danışdığında burnunun uzandığı kimi. Ən həssas sinirlər burunun uc hissəsində olduğu üçün, beyinin verdiyi uyğunsuzluq siqnalları, özünü ilk olaraq burunda göstərir və burun qaynamağa, qaşınmağa başlayır. Ancaq hər burnunu qaşıyan adam yalan söyləyir demək də doğru olmaz. Çünki həqiqətən burnu qaşındığı, ya da ki nəyəsə allergiyası olduğu üçün də insan burnunu qaşıya bilər. Bu iki səbəbə görə burun qaşımaq arasında kiçik fərqlər var. . Toxunuşdakı sərtlik və ya yumşaqlıq qaşındığından yoxsa yalan dediyindən toxunduğunu bizə bəlli edə bilər. Bir adam həqiqətən burnu qaşındığı üçün burnunu qaşıyırsa, bu hərəkət qaşınmağı aradan qaldırmaq üçün daha kobud hərəkətlərlə və sərt zərbələrlə edilir. Halbuki yalan deyən bir adamın burnunu qaşımağı qaşıntını aradan qaldıracaq şəkildə yox nəzakətli hərəkətlərlə və kiçik, yumşaq zərbələrlə olur ki, bu hərəkət də onun söylədiyi şeyin tam olaraq elə olmadığının əlamətidir. Qadınlar yalan dediklərində burunlarıyla daha çox oynayır.

Gözlər sadəcə qəlbin yox, beynin məntiqinin də aynasıdır..

Gözləri qaçırmaq və qorxudan gözbəbəklərinin kiçilməsi də yenə yalan söyləndiyinə işarə edir. Yalan deyən bir şəxs qarşısındakı ilə göz təması qurmaqdan qaçır. O danışarkən ya davamlı olaraq başqa şeylərlə maraqlanmağa və ya başqa tərəflərə baxmağa çalışar. Başını qarşısındakı şəxsin olduğu tərəfdən başqa tərəflərə çevirir, ya da gözlərini sağa, sola, aşağı, yuxarı oynadır. Ancaq, bu hərəkətin bədən dilində yalan deməy olduğunu bilən insan bu səfər də yalan dediyi zaman gözlərini qarşısındakı şəxsin gözünün içinə dikər. Yəni təbii olanın xaricindəki hər davranış insanın yalan dediyinə bir dəlalətdir.

Üzlə təmas halları..

Əllərin ya da əldəki hər hansı bir şeyin üzə yaxınlaşdırılması da yenə yalan deyildiyinin bir əlamətidir. Ellər üzə nə qədər çox yaxınlaşırsa yalanın faizi o qədər çox artmaqdadır. Çünki yalan danışmaq utanılacaq bir şeydir və əllər bu utanılacaq şeyi gizlətmək, utanma duyğusunu ortadan qaldırmaq üçün üzə doğru yaxınlaşır üzü bağlamağa, gizlətməyə çalışılır. Bu hərəkət bədənin avtomatik olaraq verdiyi bir reaksiyadır.

Yüngülcə öksürmək də yalan danışıldığının başqa bir əlamətidir.

Adam boğazını təmizləmək məqsədilə yüngülcə öskürər çünki bədəni söylənilən yalanı qəbul etməyir və onu çölə atmaq istəyir. Öksürmek bədənin avtomatik olaraq verdiyi bir reaksiyadır. Öskürmək zaman qazanmaq üçün bir vasitədir.

Ancaq bədənin vermiş olduğu bu reaksiyalar yalnız yalan deyildiyinə dair bir işarədir, subutu deyil.