RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.09.22 13:26

Bədən qoxunuz xəstəliyinizdən xəbər verir

45

Mütəxəssislər, insan bədənindəki bəzi xoşagəlməz qoxuların həyəcan siqnalı ola biləcəyini və bədəndə inkişaf edən xəstəliklərdən xəbər verdiyini deyib. 

Bədəndən gələn aseton qoxusu insanın diabet xəstəsi olduğunu göstərir. Qanda qlükozanın artması nəticəsində tər vəziləri vasitəsilə ifraz olunan keton cisimlərinin sayında artım olur. Bu da aseton qoxusunun yaranmasına gətirib çıxarır.

Amma bu bədəndən aseton qoxusunun gəlməsinin tək səbəbi deyil. Aseton qoxusu qaraciyər, böyrəklər, həzm sisteminin pozulması, viral və ya bakterial infeksiyanın olmasından da yarana bilər.

Pielonefrit və digər böyrək xəstəlikləri, həmçinin vərəm, endokrin sistem problemləri, qaraciyər və həzm sistemi xəstəlikləri pişik sidiyinin qoxusunun yaranmasına səbəb ola bilir. 

Sirkə qoxusu, insanın tənəffüs sistemindəki problemlərdən xəbər verir. Həddindən artıq çox tərləmə də bu xəstəliyin xüsusiyyətidir.

Qadından isə belə qoxu gəlməsi mastopatiya kimi xəstəliklərin göstəricisidir.

Maddələr mübadiləsinin pozulması bədəndən dəniz və ya balıq qoxusunun gəlməsinə səbəb ola bilər. Eynilə qadınlarda olan STD kimi.

Şəkərli diabet xəstəliyi zamanı şirin meyvə qoxusu da gələ bilər ki, bu, difteriya zamanı da müşayiət olunur.

Çürük ət qoxusu isə bədəndə xərçəngin inkişafından danışır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı