Bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinə yekun vurulub

Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyində gənc gimnastlar (2003-2005-ci il təvəllüdlü) arasında halqa, top, gürzlər və lentlə hərəkətlərdə fərdi proqram üzrə qalib və mükafatçıların adları açıqlanıb. Halqa ilə yarışlarda “Ocaq Sport” klubunun yetirmələri olan Yelizaveta Luzan 17,200 xalla birinci, Nərminə Səmədova 17 xalla ikinci, Arzu Cəlilova isə 14,950 xalla üçüncü yerdə qərarlaşıb. Topla hərəkətlərdə də “Ocaq Sport” klubunun həmin gimnastları fərqləniblər. Lakin bu dəfə Arzu Cəlilova (17,650 xal) qızıl, Yelizaveta Luzan (17,450 xal) gümüş, Nərminə Səmədova (17,150 xal) isə bürünc medala sahib olub. Gürzlərlə yarışlarda Nərminə Səmədova 17,250 xal, Arzu Cəlilova 16,650 xal (hər ikisi “Ocaq Sport” klubu), Dərya Farşbafşəhriyari (Bakı Gimnastika Məktəbi) isə 15,700 xal toplayaraq müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri bölüşüblər. Lentlə hərəkətlərdə də “Ocaq Sport” klubunun yetirmələri fəxri kürsünün ilk üç pilləsində qərarlaşıblar. Bir-birilərini cüzi xal fərqi ilə üstələyən Nərmin Bayramova (15,150 xal), Yelizaveta Luzan (15,100 xal) və Arzu Cəlilova (15 xal) ilk üçlüyü qapayıblar. Beləliklə Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinə yekun vurulub.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here