“Bələdiyyə Seçkiləri 2014 və Gənclərin Hüquqi Maarifləndirilməsi” Layihəsi (təlimçi və iştirakçı qəbulu, ödənişsiz)

“Bələdiyyə Seçkiləri 2014 və Gənclərin Hüquqi Maarifləndirilməsi” Layihəsi çərçivəsində eyniadl mövzuda Təlimci ve işhtirakçi olmaq istəyənlərin nəzərinə!

Dialoq.info-nun məlumatına görə, Demokratik Azerbaycan Naminə gənclərin İctimai Birliyi (DANIB) sizləri Bələdiyyə seçkiləri mövzusunda növbəti təlim kurslarina qatilmağa dəvət edir. Layihənin əsas məqsədi 2014-cü ilin sonunda ölkəmizdə keçiriləcək növbəti bələdiyyə səçkiləri öncəsi ilk dəfə səsverməyə qatilacaq gənclərin hüquqi maariflənməsini və yerli qərar qəbuletmədə vətəndaş fəallığını gücləndirməkdir.

Təlimçilər üçün: Bələdiyyə və seçkilər mövzusunda iş təcrübəsi və təlimçilik qabiliyyəti olan şəxslər layihəyə təlimçi ekspert kimi qoşulmaq istəyirsə CV və 5-6 günlük təlim proqramının mövzularını (saatlar şəklində bölünməklə – səhər saat 9:00 dan axşam saat 17:00- a kimi) yaxın bir həftə (7 gün) ərzində [email protected] emailinə göndərə bilərlər.

İştirakçılar Üçün: Təlimdə iştirak etmək istəyən 18-30 yaş arası gənclərdən 14 Noyabr 2014-cu il tarixədək CV və şəxsiyyət vəsiqələrinin sürətini [email protected] emailinə göndərmələri xahiş edilir.

Təlim kurslar 2014-cu ilin noyabr ayının sonlarında keçiriləcək. Təlimin keçiriləcəyi yer və tarixləri ilə bağlı seçilmiş iştirakçılara tezliklə məlumat veriləcəkdir.

Təlimə 18-30 yaş arasında Azərbaycanın müxtəlif regionları təmsil edən gənclər qatıla bilər.

Təlim kurslar Zamanı iştirakçıların bütün qalmaq yemək xərcləri DANIB təşkilatı tərəfindən tam olaraq qarşılanacaqdır.

Təlim kurslarda iştirak üçün iştirak haqqı tələb edilmir.

Təlim Azərbaycan dilində keçiriləcək.

Abşeron, Sumqayıt və Bakı şəhərlərində qeydiyyatda olan gənclərin layihənin iştirakçısı ola bilmək şansı azdır. Əsasən regionları təmsil edən gənclərə üstünlük veriləcək.

Təlimçi olmaq İstəyən Şəxslər Üçün Əsas Qeyd və Öhdəliklər:
1. Təlimin kursların gündəlik proqramını, buklet və plakaını, uyğun şuarı və digər müvafiq dərs materiallarını təlimçi təşkilat tərəfindən seçilən kimi hazirlamağa başlamalidir.
3. Təlimçinin şəxsi VÖEN-ni olmalıdı və qonorardan gəlir vergisini ödəyib çeki təşkilatçılara təqdim etməlidir.
4. Təlimçiyə günə 50AZN qonorar verilməsi nəzərdə tutulub + qalmaq və gündə 3 dəfə yemək xərcləri tədbir müddətində təşkilatçı tərəfindən ödəniləcək.
5. Təlimçi gündəlik iştirakçıların qiymətləndirilməsi işini aparmalıdır.
6. Təlimçi layihə üzrə təlimin nəticələrini, davamlılığı və faydalılığı barəsində qısa hesabat hazirlayib təşkilatçıya təqdim etməlidir.
7. Təlimçi tədbir zamanı müxtəlif interaktiv və qeyri formal təlim metodlarından istifadə etməlidir. Məsələn təqdimatlar, qrup işləri, interaktiv oyunlar, məntiqi məsələlər və s.)
8. Təlimlər hər gün saat 9:00 da başlayacaq – 17:00 da bitəcək 5 gün müddətində.
9. Təlimçi 1 nəfər olacaq

  1. Təlimçi olmaq istəyən şəxs 5 gün üçün nəzərdə tutduğu vaxt ərzində keçəcəyi mövzuların adlarını günlərin sayına və saatlara uyğun şəkildə və hansı metodologiya ilə keçəcəyi barədə gündəliyini və Azərbaycan dilində CV sini 12 Noyabr 2014 cu il tarixə kimi [email protected] emailinə göndərməlidir.