“Bərabər və Məsuliyyətli Cəmiyyət Üçün İnklüziv Qərarlar” (IDEAS) layihəsi

Jurnalistlərin nəzərinə!
Avropa Komissiyasının maliyyələşdirdiyi və British Council-ın həyata keçirtdiyi “Bərabər və Məsuliyyətli Cəmiyyət Üçün Inklüziv Qərarlar” (IDEAS) layihəsi çərçivəsində jurnalistlər üçün 3 günlük təlim keçirilir.
Təlim 22-24 noyabr 2014-cü il tarixində baş tutacaq. Təlimdə iştirak müsabiqə yolu ilə aparılacaq. Müsabiqə British Council nümayəndəsi və təlimçi jurnalistlər tərəfindən həyata keçiriləcək. Əsasən sosial mövzularda işləyən jurnalistlərə üstünlük veriləcək.
Dialoq.info xəbər verir ki, iştirak etmək istəyənlər noyabrın 10-dək [email protected] ünvanına öz CV-lərini göndərə bilərlər. Qəzet və saytlarda çalışanlar sosial mövzuda iki məqaləsinin linkini CV-yə əlavə etməlidirlər.
Uyğun namizədlərlə əlaqə saxlanılacaq.