Bəstəkarlar İttifaqında“Nasimi Passion” əsərinin lent yazısı nümayiş olunub

Azərbaycan Bəstəkarlar İttifaqında ötən il aprelin 7-də Hollandiyanın “Amsterdam Royal Concertgebouw” konsert sarayında ölkənin kral simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə görkəmli bəstəkar Firəngiz Əlizadənin təqdim olunan “Nasimi Passion” əsərinin lent yazısı nümayiş olunub.
Tədbirdə Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri, o cümlədən xarici səfirliklərin nümayəndələri iştirak ediblər.
F.Əlizadə çıxış edərək, seçdiyi mövzudan və Azərbaycanın böyük mütəfəkkiri İmadəddin Nəsimi yaradıcılığından danışıb. Dahi mütəfəkkirin Yaxın Şərq ədəbiyyatına gətirdiyi mütərəqqi ideyalar və fəlsəfi düşüncə tərzindən söz açıb.
Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direkoprlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və universitetin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, pianoçu, dosent Zülfiyyə Sadıqova da iştirak etmişlər. H. İsaxanlı tədbirdə çıxış etmişdir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here