CƏMİYYƏT 2020.01.14 18:48

Bəxtiyar Hacıyevi təhdid edən naməlum şəxs saxlanıldı

22

Siyasi fəal, deputatlığa namizədliyini vermiş Bəxtiyar Hacıyev bir neçə gün öncə sosial şəbəkələrdə təhdidlər alldığını bəyan etmişdi. O bildirmişdi ki, naməlum şəxs və ya şəxslər ona zəng edərək namizədliyini geri götürməsini tələb edir.

Bəxtiyar Hacıyevin sosial şəbəkələrdə təhdid olunması ilə bağlı müraciəti əsasında polis tərəfindən araşdırma aparılıb. Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib ki, ictimai fəal Bəxtiyar Hacıyevi təhdid edən şəxs saxlanılıb.

Qeyd olunub ki, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində saxta sosial şəbəkə profillərindən özünü ABŞ vətəndaşı, Turan Elmar İsmayıl oğlu kimi təqdim edən, 1989-cu il təvəllüdlü, Suraxanı rayonunda qeydiyyatda olan Elman Bağırov müəyyən olunaraq saxlanılıb.

Müəyyən edilib ki, E.Bağırov Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsilə barəsində olan cinayət işi ilə bağlı istintaqdan yayındığı üçün axtarışda olub. Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı