BƏYANAT: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin dinc həlli yolunun axtarışına kömək etməkdə qətiyyətlidirlər

ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc həlli yolunun axtarışına kömək etməkdə qətiyyətli olduqlarını bəyan ediblər.

Bu barədə həmsədrlərin Ermənistana səfərləri ilə bağlı yaydıqları bəyanatda deyilir.

Qeyd olunur ki, 12-14 iyun tarixlərində Ermənistanda səfərdə olan həmsədrlər xarici işlər naziri Zoqrab Mnatsakanyan, baş nazir Nikol Paşinyan, müdafiə naziri David Tonoyan və Ermənistan prezidenti Armen Sarkisyanla görüşüblər.

Həmsədrlər görüş zamanı prosesi irəli aparmaq istiqamətində növbəti addımları müzakirə ediblər. Həmçinin xarici işlər nazirlərinin yaxın gələcəkdə nəzərdə tutulan görüşü müzakirə olunub.

Vasitəçilər Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində son vəziyyət barədə fikir mübadiləsi aparıb, konstruktiv mühitin saxlanmasını vacibliyini qeyd ediblər.

Minsk qrupunun həmsədrləri tərəflərə münaqişənin Helsinki Yekun Aktı, o cümlədən güc tətbiq edilməməsi, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetmə prinsipləri əsasında sülh yolu ilə həllinin tapılması istiqamətində kömək göstərməyə sadiq olduqlarını bir daha vurğulayıblar.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here