RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT

“Bəzən intellektual gənclər belə tam xoşbəxt deyillər” – Leyla Əliyeva

27

“Gənclər və mədəniyyətlərarası liderlik platforması daim sülh şəraitində yaşamağı təbliğ edir. Dünyamızı daha yaxşı etmək üçün görülən təşəbbüslər təqdirəlayiqdir”.

Azvision.az xəbər verir ki, bunu Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyeva V Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Gənclər sülh naminə: şiddətli ekstrimizmə qarşı əks qüvvənin formalaşdırılması – BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi ilə müzakirə” adlı plenar sessiyada çıxışı zamanı deyib.

L.Əliyeva bildirib ki, gənclərin özlərinin çoxsaylı şəbəkələrinin yaradılması, bütün mümkün sərhədləri keçmək kimi bacarıq qabiliyyətləri var. Onun sözlərinə görə, təhsil sadəcə bilik, məlumat və bacarıqları peşəkar inkişaf üçün mənsimsəməklə tükənmir:

“Mənəvi təhsilin əldə olunması da vacibdir. Gəncləri doğru-düzgün təlim və tədirslə maarifləndirmək onların tam potensialının reallaşdırılması üçün çox vacib məqamdır. Çünki gənc insanların tez öyrənməsi və eləcə də məlumat əldə etməsi mühüm məsələdir”.

Leyla Əliyeva əlavə edib ki, gənclərin üzərinə həddindən artıq təzyiq qoyulmamalıdır: “Bəzən intellektual gənclər belə tam xoşbəxt deyillər. Biz gənclərə dəstək göstərərək daha yaxşı dünyanı yaratmağa nail olmalıyıq. Əfsuslar olsun ki, 617 milyona yaxın gənc hələ də riyazi bacarıqlı biliklərdən məhrum olub. Gənclər inkişafın təcəssümüdür. Hər bir nəslin gələcəyi əvvəlkilərdən daha qabaqcıl, humanitar, tollerant, açıq təfəkkürlüdür. Bu da tarixin təbii təkamülüdür. Gəlin, gənclərin öz enerjilərini qlobal problemlərin həllinə yönəldək, hamılıqla onlara dəstək göstərək. Vaxt həyatımızın ən mühüm resursudur. Gəlin, onu israf etməyək.

Maddi dünya heç də uğur, müvəqqiyyət demək deyil. Həyatda ən vacib olan insanların təbəssümü, sağlamlığı, birliyi və bir-birimizi anlamağıdır. Təmənnasız şəkildə uşaqlara dəstək olmalıyıq”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı