RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.10.09 10:09

Bəzi rayonlarda qaz olmayacaq

36

Bəzi rayonların təbii qaz təchizatı dayandırılıb.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 9-da səhər saatlarından “Qaz İxrac” İdarəsinin “Ərəblinka” orta təzyiqli qaz xəttində, “Pirəkəşkül” Qaz Paylayıcı Stansiyasında, “Altıağac-Ağsu” magistral qaz kəmərində sazlama, şəbəkəyə birləşdirmə və digər işlər görüləcək. Bu müddət ərzində Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsi, N.İsmayılov prospekti, Z.Bünyadov, Anaşkin, Ş.Kamilov küçələrində, Abşeron rayonunun Pirəkəşkül, Çaylı və 28 May qəsəbələrində, Şamaxı rayonunun bir neçə kəndində bir qrup abonentin qaz təminatında fasilələr yaranacaq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı