RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ 2019.09.06 23:50

BAEA-nın baş direktoru vəzifəsinə namizədlərin sayı 4 nəfərdir

40

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru vəzifəsinə namizədlərin sayı məlum olub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, təşkilatın baş direktoru vəzifəsinə iddialı olan namizədlərin sayı 4 nəfərdir.

Namizədlər arasında Rumıniyanın Vyanada yerləşən beynəlxalq təşkilatlarda sabiq daimi nümayəndəsi Kornel Ferutse, Argentinanın Vyanada yerləşən beynəlxalq təşkilatlarda daimi nümayəndəsi Rafael Qrossi, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının icraçı katibi, Burkina-Fasonun nümayəndəsi Lassina Zerbo və Slovakiyanın Atom Nəzarəti İdarəsinin sədri Marta Jiakova yer alıblar.

Baş direktor vəzifəsinə namizədlərin qeydiyyatı ilə bağlı müraciətlər sentyabrın 5-də başa çatıb.

BAEA-nın baş direktorunun adı oktyabrda məlum olacaq.

Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlarda daimi nümayəndəsi Mixail Ulyanov “Twitter”də bildirib ki, bütün namizədlər peşəkardırlar.

Baş direktor öz vəzifəsinin icrasına 2020-ci ilin yanvarın 1-dən başlayacaq.

Qeyd edək ki, BAEA-nın baş direktoru Yukiya Amano iyulun 22-si vəfat edib. BAEA-nın baş direktoru vəzifəsini Agentliyin baş koordinatoru, Rumıniyanın Vyanada yerləşən beynəlxalq təşkilatlarda sabiq daimi nümayəndəsi Kornel Ferutse icra edir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı