“Baharı Birlikdə Qarşılayaq!”

Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə mart ayının 3-də saat 14:00-da Xətai Sənət Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin “Baharı Birlikdə Qarşılayaq!” adlı sərgisinin həyata keçirilməsi nəzərdə tutulub.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin, Q. Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müdiriyyətinin, incəsənət xadimlərinin və rəssamların, həmçinin kütləvi informasiya vasitələri mənsublarının iştirakı nəzərdə tutulub.

Sərgidə 25-dən çox şagirdin 70-dən çox rəsm əsəri nümayiş etdiriləcək.
Sərginin sonunda tədbir iştirakçıları diplom və hədiyyələrlə təltif olunacaqlar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here