“Bakı 2015 Avropa Oyunları”na könüllü qeydiyyatı davam edir

Minlərlə səmimi, mehriban könüllünün iştirakı olmadan Avropa Oyunlarının uğur qazanacağını təsəvvür etmək çətindir. Bu Oyunlar Sizsiz həyata keçirilə bilməz. Könüllülər Oyunların güzgüsü olacaq və Bakı şəhərinə gələn qonaqlar üçün fərqli bir mühitin yaradılmasına kömək edəcəklər.

Qeydiyyat linki: BAKI 2015-İN KÖNÜLLÜLƏRİ MÜRACİƏT EDİN

Dialoq.info-nun məlumatına görə, Bakı 2015 Avropa Oyunları kimi böyük ölçülü və iri həcmli bir tədbirin həyata keçirilməsi zamanı qonaqların qəbul olunması, idman sahəsində işlərin görülməsi və ya media üzvlərinə və fəxri qonaqlara köməklik göstərilməsi kimi müxtəlif vəzifələri icra etmək üçün 10,000-dən çox könüllüyə ehtiyac duyulur.

Könüllülər yeni təcrübə, qabiliyyət və bacarıq əldə etmək, dünyanı ürəkdən salamlayaraq yeni dostlar qazanmaq istəyən gənclər və ürəyi həmişə gənc olan insanlardır. Azərbaycan dünyanın ilk Avropa Oyunlarına ev sahibliyi etdiyi üçün könüllülərin hər biri bu tarixin yazılmasına köməklik göstərəcək.

Biz aşağıdakı keyfiyyətlərə malik olan könüllülər axtarırıq:

  • Mehriban və xeyirxah
  • Ehtiyac duyulan yerdə kömək etmək arzusu olan
  • Yaxşı ünsiyyət qurmağı bacaran
  • Məsuliyyətli
  • Xarici dilləri bilən
  • Komandada işləməyi bacaran

Öz elektron ərizənizi onlayn tamamlayıb Avropa Oyunlarının könüllüsü olmaq istiqamətində ilk addımınızı atmaqla öz karyeranızda yeni bir pilləyə doğru irəliləyəcəksiniz. Təlim kursları müddətində siz yeni biliklər əldə edəcəksiniz. Oyunlarda işləmək sizə peşəkar bacarıq və qabiliyyətinizi tətbiq etmək, dostluq və yeni əlaqələr qurmaq imkanı verməklə yanaşı xarici dil biliyinizi inkişaf etdirməyə şərait yaradacaq.

Oyunlar vaxtı fəaliyyət göstərən könüllülərin aşağıdakıları əldə etmək imkanı olacaq:

  • Keçmişə nəzər saldıqda qürur hissi ilə xatırlayacağınız unudulmaz dəyərli təcrübə
  • Yeni dostlar qazanmaq və güclü bir komandanın üzvü olmaq imkanı
  • Azərbaycanda ilk dəfə keçirilən və çoxsaylı idman növləri ilə əhatə olunan ən böyük tədbirə töhfə vermək imkan
  • Oyunların canlı şahidi olmaq, sertifikat və eləcə də bir sıra digər xatirə hədiyyələr əldə etmək
  • Rəsmi uniforma
  • İş müddətində yeməklər və sərinləşdirici içkilər
  • Oyunlar zamanı akkreditasiya kartı ilə ictimai nəqliyyatdan pulsuz istifadə etmək imkanı
  • Xüsusi mükafatlandırma tədbirlərinə dəvətlər